Parlament spikeri: Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Parlament spikeri: Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir "Serbiya parlamenti sədrinin Azərbaycana birinci səfəridir"
Xarici siyasət
11 Dekabr , 2014 13:40
Parlament spikeri: Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Serbiya parlamentinin spikeri Maya Qoykoviç bildirib. 

Onun sözlərinə görə, Serbiya parlamenti sədrinin Azərbaycana birinci səfəridir: "Bu tarixi səfərdir. Mən bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Həmçinin azərbaycanlı həmkarımla da görüş baş tutub". 

O deyib ki, səfərin məqsədi ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafıdır. 

Qeyd edək ki, səfər zamanı Serbiya parlamentinin spikeri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub. 

Son xəbərlər

Orphus sistemi