Pakistanın baş naziri Azərbaycana gəlib

Pakistanın baş naziri Azərbaycana gəlib Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir
Xarici siyasət
13 Oktyabr , 2016 14:00
Pakistanın baş naziri Azərbaycana gəlib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.

Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.

Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi