Pakistan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Pakistan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb Səfər zamanı Məmnun Hüseyn BDU-da tələbələrlə görüşəcək, biznes-forumun açılışında iştirak edəcək
Xarici siyasət
2 Mart , 2015 17:39
Pakistan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfər proqramı açıqlanıb. Diplomatik mənbədən "Report"a bildiriblər ki, Pakistan prezidenti martın 11-14-də Azərbaycana səfər edəcək. 

Səfər zamanı M.Hüseynin Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini, iki ölkə arasında əmtəə dövriyyəsinin inkişafı məsələlərini müzakirə edəcəklər. 

Bundan başqa, Pakistan prezidenti urdu dilini öyrənən Bakı Dövlət Universitetinin tələbələri ilə görüşəcək və Azərbaycan-Pakistan biznes-forumun açılışında iştirak edəcək.

Qeyd edək ki, Pakistan prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə çoxsaylı iş adamları daxil olacaq. 

Son xəbərlər

Orphus sistemi