​PA-nın şöbə müdiri: “Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər”

​PA-nın şöbə müdiri: “Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər” “Mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim”
Xarici siyasət
18 İyun , 2015 14:47
​PA-nın şöbə müdiri: “Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər”

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin açıqlamasına münasibət bildirib. “Report”un xəbərinə görə, N.Məmmədov bu barədə özünün “twitter” hesabında yazıb.

“Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiyaya alınmamalarını biabırçılıq adlandırıb. Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”, - N.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi