PA-nın şöbə müdiri: “Azərbaycan etibarli əllərdədir”

PA-nın şöbə müdiri: “Azərbaycan etibarli əllərdədir” “Vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir!”
Xarici siyasət
15 İyun , 2015 11:09
PA-nın şöbə müdiri: “Azərbaycan etibarli əllərdədir”

Bakı. 15 iyun. REPORT.AZ/ “15 iyun Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.

Şöbə müdiri qeyd edib ki, təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir: “Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir. Əminəm ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir!”.

Son xəbərlər

Orphus sistemi