Osman Mert: 2026-cı ildə Bakıda möhtəşəm Türk Dili Qurultayı keçiriləcək

Osman Mert: 2026-cı ildə Bakıda möhtəşəm Türk Dili Qurultayı keçiriləcək 2026-cı ildə Bakıda 100 ildən sonra möhtəşəm Türk Dili Qurultayı keçiriləcək.
Xarici siyasət
17 Aprel , 2024 23:17
Osman Mert: 2026-cı ildə Bakıda möhtəşəm Türk Dili Qurultayı keçiriləcək

2026-cı ildə Bakıda 100 ildən sonra möhtəşəm Türk Dili Qurultayı keçiriləcək.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türk Dil Qurumunun sədri, professor Osman Mert bildirib.

O deyib ki, 1926-cı ildə Bakıda keçirilən qurultayda müzakirə olunan bəzi məsələlər hələ də aktuallığını saxlayır ki, onlardan biri də ortaq orfoqrafiya anlayışının formalaşmasıdır:

“2026-cı ildə bütün türk dünyasının dilçi alimləri, Türk Dövlətləri Təşkilatının müvafiq qurumları da bu qurultayda yaxından iştirak üçün hazırlıqlarını aparmaqdadırlar. Türk Dövlətləri Təşkilatı nəzdində türk dili ilə bağlı əməkdaşlıq platformasının yaradılması istiqamətində fəaliyyətə başlanılıb. Türk dili ilə bağlı ümumi qaydalar, standartlar hazırlamalıyıq, bunu da həmkarlarımızla müzakirə edib birlikdə qərar verəcəyik”.

Son xəbərlər

Orphus sistemi