​Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək

​Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq memorandumu ratifikasiya olunacaq
Xarici siyasət
19 Yanvar , 2015 16:03
​Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

"Report"un məlumatına görə, bunu MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Sabir Rüstəmxanlı və digər şəxslər daxildir.

Sessiyada İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiyada Azərbaycan deputatları təşkilatın Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar. İclaslarda “XXI əsrin problemlərinə cavab: qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, islam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, islam mədəni irsinin qorunması və digər məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi