Oqtay Əsədov: "Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirəm"

Oqtay Əsədov: "Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirəm" Ukrayna prezident Milli Məclisin sədri ilə görüşüb
Xarici siyasət
14 İyul , 2016 17:24
Oqtay Əsədov: Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirəm

Bakı. 14 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb.

"Report" Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, P.Poroşenko Ukrayna və Azərbaycan arasında əməkdaşlığın fəallaşmasının, Prezidentlər Şuranın işinin bərpa edilməsinin və bir sıra birgə layihələrin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

Tərəflər parlamentlərarası dostluq qruplarının Ukrayna Ali Radasında və Azərbaycan Milli Məclisində aktiv fəaliyyəti barədə müsbət fikirlər səsləndirib.

Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində Ukrayna və Azərbaycan parlamentariləri arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını vurğulayıb. O, ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirərək Azərbaycanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. "Beynəlxalq təşkilatlar səyi nəticəsində ədalətin qələbə qazanacağına, həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirəm", - deyə O.Əsədov vurğulayıb.

P.Poroşenko və O.Əsədov ATƏT-in Parlament Assambleyası, Avropa Şurası və digər beynəlxalq qurumlar çərçivəsində iki ölkənin fəaliyyətinin koordinasiyalı olmasının zəruriliyini diqqətə çatdırıblar.

Azərbaycan parlamentinə səfəri zamanı Ukrayna dövlət başçısı sessiya zalına baş çəkib və işlərin təşkili ilə tanış olub. P.Poroşenko həmçinin ümummilli lider Heydər Əliyevin muzeyini ziyarət edərək, muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi