​Oqtay Əsədov: “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”

​Oqtay Əsədov: “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır” Çavuşoğlu: “Türkiyə gərginliyin tərəfdarı deyil”
Xarici siyasət
27 Noyabr , 2015 12:24
​Oqtay Əsədov: “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”

Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı deyib. O, naziri Türkiyədə yeni hökumətin qurulması münasibətilə təbrik edib.

Mövlud Çavuşoğlu Azərbaycanıın bu mövqeyinə görə Oqtay Əsədova təşəkkür edib. O qeyd edib ki, Türkiyə beynəlxalq hüququn tələblərinə uyğun addım atıb: “Türkiyə gərginliyin tərəfdarı deyil. Diplomatik yolla bunu dəf edəcəyimizə inanırıq. Eyni mövqeyi Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik”.

Son xəbərlər

Orphus sistemi