Oktyabrda Aİ Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcək

Oktyabrda Aİ Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcək Nazir müavini: "Bu sazişin imzalanması Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsinı artırmağa imkan verəcək"
Xarici siyasət
23 İyun , 2016 10:22
Oktyabrda Aİ Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin oktyabr ayında Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlıq barədə danışıqlara başlamaq üçün mandat verəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda məlumat verib.

O, Aİ-nin keçən il Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlığa dair saziş layihəsinin təqdim olunduğunu xatırladıb. M.Məmmədquliyev bu sazişin imzalanmasının Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini artırmağa imkan verəcəyini vurğulayıb.

Nazir müavini, həmçinin ilin ikinci yarısında Aİ-də Azərbaycan üzrə Alt Komitələrin iclasının keçirilməsinin planlaşdırıldığını xəbər verib. "Biz, həmçinin aviasiya sahəsində Aİ ilə saziş üzrə danışıqları davam etdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi