​Obama: "Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında son dərəcə mühüm tərəfdaşdır"

​Obama: "Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında son dərəcə mühüm tərəfdaşdır" ABŞ prezidenti bu bəyanatla nüvə təhlükəsizliyi sammitinin yekununda keçirilən mətbuat konfransında çıxış edib
Xarici siyasət
2 Aprel , 2016 02:47
​Obama: Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında son dərəcə mühüm tərəfdaşdır

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Azərbaycanı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında "son dərəcə vacib tərəfdaş" adlandırıb.

"Report" xəbər verir ki, ABŞ prezidenti bu bəyanatla cümə günü nüvə təhlükəsizliyi sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında çıxış edib.

O "Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə" bu fikirdə olduğunu izah edib.

"Elə ölkələr var ki, nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit məntəqəsidirlər. Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə bu prosesdə son dərəcə mühüm tərəfdaşdır", - deyə Obama əlavə edib.

O bildirib ki, bütün ölkələr ümumi təhlükənin qarşısının alınmasına mümkün qədər töhfə verirlər.

Son xəbərlər

Orphus sistemi