Novruz Məmmədov: "Azərbaycanın belə bir qlobal forumu təşkil etməsi, dünyaya təqdim etməsi çox böyük hadisədir"

Novruz Məmmədov: "Azərbaycanın belə bir qlobal forumu təşkil etməsi, dünyaya təqdim etməsi çox böyük hadisədir" "Bu, çox mühüm və vacib hadisədir"
Xarici siyasət
11 Mart , 2016 18:42
Novruz Məmmədov: Azərbaycanın belə bir qlobal forumu təşkil etməsi, dünyaya təqdim etməsi çox böyük hadisədir

Bakı. 11 mart. REPORT.AZ/ "Dünyada böyük fəaliyyəti olmuş liderləri Azərbaycana dəvət edərək dünyada gedən proseslərə, mühüm hadisələrə münasibət bildirmək, problemlərin həll olunmasına səy göstərməyə çalışırıq. Bu, çox mühüm və vacib hadisədir".

"Report" xəbər verir ki, bunu IV Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Azərbaycanın belə bir qlobal forumu təşkil etməsi, dünyaya təqdim etməsi çox böyük hadisədir. Dünyada sabitliyin təhlükəsizliyin və inkişafın təmin olunmasında bu forum böyük rol oynayır. Bu, Azərbaycanın dünyada sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına verdiyi töhfədir. Azərbaycan bunu etməyə layiqdir. Azərbaycan bu gün kiçik dövlət olsa da, beynəlxalq aləmdə dövlətlərarası münasibətlərdə gedən proseslərə təsir etməyə malikdir", - deyə N.Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi