Novruz Məmmədov: "Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur"

Novruz Məmmədov: "Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur" "AŞPA üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir"
Xarici siyasət
25 İyun , 2015 14:43
Novruz Məmmədov: Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur

Bakı. 25 iyun. REPORT.AZ/ "Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə Avropa Şurası Parlament Assambleyası da onlar üçün beynəlxalq hüququn heç bir əhəmiyyət kəsb etmədiyini nümayiş etdirir və onlar üçün “biz necə istəyirik, o da olmalıdır” prinsipinin əsas olduğunu göstərir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

PA rəsmisi bildirib ki, bu qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bunu açıq-aydın göstərir. "İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.

Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur".

Son xəbərlər

Orphus sistemi