Nikolay Paskeviçin Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb

Nikolay Paskeviçin Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub
Xarici siyasət
29 İyul , 2015 17:41
Nikolay Paskeviçin Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb

Bakı. 29 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Paskeviçi diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Səfir Nikolay Paskeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının müəkəmməl səviyyədə təşkil olunduğunu bildirib. Həmçinin, səfir Paskeviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir Nikolay Paskeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi