"New-York Times"da Azərbaycan səfirinin məqaləsi dərc edilib

"New-York Times"da Azərbaycan səfirinin məqaləsi dərc edilib ​Səfir: "Azərbaycanın ünvanına birtərəfli tənqidin anidən artması qərəzli kampaniyanın başlamasından xəbər verir"
Xarici siyasət
21 Yanvar , 2015 10:44
New-York Timesda Azərbaycan səfirinin məqaləsi dərc edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ "New-York Times" qəzetində yanvarın 12-də dərc edilmiş məqalədə Azərbaycana qarşı qərəzli kampaniyanın mövcudluğu inkar olunsa da, ölkənin ünvanına birtərəfli tənqidin anidən artması qərəzi təsdiq edir". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "New-York Times" qəzetində dərc olunan məqaləsində vurğulanıb. 

"Pozitiv gündəliyə diqqətin cəmlənməsi və real problemlərin məsələn, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni işğalının qurbanları - minlərlə qaçqınların humanitar ehtiyacların həlli ilə bağlı iş səmərəli yanaşmadır. Şübhəsiz ki, bu, ABŞ dəyərləri və maraqlarına yaxındır", - azərbaycanlı səfir yazır. 

"ABŞ tərəfdaşlarının  "WikiLeaks"dən Birləşmiş Ştatlar haqqında öyrəndiklərinə və ya ayrı-ayrı hallar prizması əsasında Vaşinqtona münasibət bəsləməlidir?", - diplomat, belə bir sual verir.

 "Əgər bu, belədirsə, o zaman dialoq əks-səmərəli qarşılıqlı ittihamlara qədər endiriləcək", - E.Süleymanov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi