Nazir Ramil Usubov MDB dövlətləri daxili işlər nazirləri Şurasının iclasında iştirak edib

Nazir Ramil Usubov MDB dövlətləri daxili işlər nazirləri Şurasının iclasında iştirak edib Tədbirdə cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
8 Sentyabr , 2014 17:15
Nazir Ramil Usubov MDB dövlətləri daxili işlər nazirləri Şurasının iclasında iştirak edib

Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpan-Ata şəhərində rəsmi səfərdə olub. Nazirliyin mətbuat xidmətindən Report-a verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.

Daxili işlər nazirləri Şurasının iclasında həmçinin səlahiyyətli orqanlar tərəfindən şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsi, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində əməkdaşlıq haqqında 7 oktyabr 2002-ci il tarixli Sazişə dair İcra Protokolu, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Mərkəzi Asiya regionunda Regional Əməliyyat Qrupunun işinin təşkil edilməsini tənzimləyən sənədlərin işlənib-hazırlanması, həmçinin bir sıra digər məsələlər üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi