Nazir: "Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir"

Nazir: "Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir" Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb
Xarici siyasət
21 Sentyabr , 2016 19:43
Nazir: Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, Con Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” elan edilməsi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi