Nazir: Böyük Britaniya və Azərbaycanı möhkəm ikitərəfli münasibətlər bağlayır

Nazir: Böyük Britaniya və Azərbaycanı möhkəm ikitərəfli münasibətlər bağlayır Azərbaycan XİN rəhbəri Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb
Xarici siyasət
5 Noyabr , 2014 18:05

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüş keçirib.   

"Report" xəbər verir ki, görüşlə bağlı E.Məmmədyarov bildirib ki, regionda vəziyyət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub. 

XİN rəhbəri vurğulayıb ki, münaqişənin həlli məsələsində Azərbaycan tərəfinin mövqeyi birmənalı olaraq qalır: "İlk olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunan ərazilərini tərk etməlidirlər. Bundan sonra sülh danışıqları prosesinə başlamaq olar" - deyə, E.Məmmədyarov bəyan edib. 

D.Lidinqton öz növbəsində bildirib ki, Böyük Britaniya və Azərbaycanı möhkəm ikitərəfli münasibətlər bağlayır. 

Nazir, həmçinin  ATƏT-in Minsk qrupunun həyata keçirdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini dəstəklənməsinin vacibliyini qeyd edib. 

D.Lidinqton bildirib ki, məcburi köçkünlərin yaşadığı yerlərə getdiyi zaman bu münaqişədən nə qədər çox ailənin əziyyət çəkdiyini görüb: "Münaqişə nəticəsində birdən-birə üç ailə üzvünü itirən ailələr var" - deyə, o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi