​Naxçıvan və İranın Şərqi Azərbaycan əyaləti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

​Naxçıvan və İranın Şərqi Azərbaycan əyaləti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Sənəd kənd təsərrüfatı, səhiyyə və turizm sahəsində əməkdaşlığı nəzərdə tutur
Xarici siyasət
10 İyun , 2015 14:35
​Naxçıvan və İranın Şərqi Azərbaycan əyaləti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan əyaləti arasında qarşılıqlı əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, məlumatı İranın "Mehr" agentliyi yayıb. 

Sənəd 12 bənddən ibarətdir. Memorandumu Şərqi Azərbaycan əyalətinin ostandarı İsmail Cabbarzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıblar.

Memorandum kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Naxçıvana İranın Şərqi Azərbaycan əyalətində istehsal olunan məhsullarının ixracı ilə bağlı niyyəti əks etdirir.

Tərəflər həmçinin texniki və mühəndislik xidmətləri, səhiyyə və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və sair məsələlər üzrə razılığa gəliblər.

Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmək üçün Təbrizə gedib. O, burada bir sıra rəsmi şəxslərlə görüşlər keçirib. 

Son xəbərlər

Orphus sistemi