​NATO PA-nın növbəti sessiyasının keçiriləcəyi vaxt və yer açıqlanıb

​NATO PA-nın növbəti sessiyasının keçiriləcəyi vaxt və yer açıqlanıb Toplantıda alyansın genişləndirilməsi məsələsi müzakirə ediləcək
Xarici siyasət
13 May , 2015 15:07
​NATO PA-nın növbəti sessiyasının keçiriləcəyi vaxt və yer açıqlanıb

Bakı. 13 may. REPORT.AZ/ NATO Parlament Assambleyasının (PA) növbəti sessiyası mayın 16-18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avroparlamentdəki ən böyük fraksiya - Avropa Xalqları Partiyasından bildirilib.

Məlumata görə, toplantıda NATO-nun genişləndirilməsi məsələsi müzakirə ediləcək.

Xəbərdə bildirilib ki, sessiyada Bosniya və Hersoqovina, Monteneqro, Makedoniya, Ukrayna və Gürcüstan parlementləri sədrlərinin də iştirakı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi