NATO ofisinin rəhbəri: "Azərbaycan Alyansın tədbirlərində digər tərəfdaşlardan daha fəal iştirak edir"

NATO ofisinin rəhbəri: "Azərbaycan Alyansın tədbirlərində digər tərəfdaşlardan daha fəal iştirak edir" "Bu, Azərbaycanın layihələrə böyük marağının göstəricisidir"
Xarici siyasət
7 Mart , 2016 15:50
NATO ofisinin rəhbəri: Azərbaycan Alyansın tədbirlərində digər tərəfdaşlardan daha fəal iştirak edir

Bakı. 7 mart. REPORT.AZ/ "Alyansın tədbirlərində digər tərəfdaşlardan daha fəal iştirak etdiyinə görə Azərbaycanın Müdafiə Nazirliyinə təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" beynəlxalq konfransında NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahyu deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın layihələrə böyük marağının göstəricisidir.

Çıxışı zamanı U.Lahyu həmçinin Gürcüstanda yaradılmış Təlim və Qiymətləndirmə Mərkəzinə də toxunub. O bu mərkəzin unikal olduğunu qeyd edərək, mərkəzin Azərbaycan da daxil olmaqla, NATO tərəfdaşları üçün açıq olacağını sözlərinə əlavə edib.

U.Lahyu eyni zamanda Azərbaycanın maraqlı ola biləcəyi başqa bir sahə kimi fövqəladə halların qarşısının alınması sferasını göstərib.

Son xəbərlər

Orphus sistemi