Bakı. 13 fevral. REPORT.AZ/ "Rusiya Avropa təhlükəsizlik qaydalarını pozur. NATO-nun cavabı da güclü olmalıdır".
"Report" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır", - deyə baş katib bildirib.
Stoltenberq şəffaflığı artırmaq və insident riskini azaltmaq məqsədilə NATO ilə Rusiya arasında dialoqun əhəmiyyətini vurğulayıb.