Nasir Əbdüləziz Əl-Nasir: "Biz ksenofobiyaya qarşı mübarizə apara bilərik"

Nasir Əbdüləziz Əl-Nasir: "Biz ksenofobiyaya qarşı mübarizə apara bilərik" "Dini liderlər də bu işdə birgə işləməli, aktiv olmalıdır”
Xarici siyasət
25 Aprel , 2016 17:58
Nasir Əbdüləziz Əl-Nasir: Biz ksenofobiyaya qarşı mübarizə apara bilərik

Bakı. 25 aprel. REPORT.AZ/ “Bəzən biz faciələrin şahidi oluruq. Bu faciələr bizi hiddətləndirir. Ksenofobiyaya qarşı mübarizə apara bilərik”.

“Report” xəbər ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər kəs cəmiyyətdə sülhü yaymağa çalışmalıdır: “Birgə məsuliyyətimiz ondan ibarətdir ki, birgə olaq, sülhü bərqərar edək. Sülhün də təməlini gənclər təşkil edir. Ekstremizmlə mübarizə onun yaranmasının qarşısını alır. BMT-nin Sivilizasiyalar Alyansı bu istiqamətlərə böyük önəm verir. Dini liderlər də bu işdə birgə işləməli, aktiv olmalıdır”.

Son xəbərlər

Orphus sistemi