Müqəddəs Taxt-Tacın mətbuat xidməti: "Roma Papasının Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır"

Müqəddəs Taxt-Tacın mətbuat xidməti: "Roma Papasının Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır" "Gürcüstan və Azərbaycan Papanın səfər etdiyi 23-cü və 24-cü ölkə olacaq"
Xarici siyasət
27 Sentyabr , 2016 10:37
Müqəddəs Taxt-Tacın mətbuat xidməti: Roma Papasının Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Roma Papası Fransiskin Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır və Papa bütün region üçün barışıq mesajı gətirəcək".

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Qreq Berk deyib.

Xatırladaq ki, Papa sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər etmək niyyətindədir. O, iyunun 24-26-da Ermənistanda səfərdə olub.

"Bu, Fransiskin 16-cı beynəlxalq səyahət turudur. Gürcüstan və Azərbaycan isə Papanın səfər etdiyi 23-cü və 24-cü ölkə olacaq", - deyə Q.Berk bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycana səfər etməklə Papa Cənubi Qafqaz regionuna səfərlərə yekun vuracaq.

Davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət haqqında danışan Q.Berk Papanın bu mövzuda nə deyəcəyini bilmədiyini deməklə bərəbər, gözləməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi