​Moskvada Xəzər dənizinin hüquqi statusuna dair konvensiya müzakirə edilib

​Moskvada Xəzər dənizinin hüquqi statusuna dair konvensiya müzakirə edilib Azərbaycan nümayəndə heyətinə Xələf Xələfov başçılıq edib
Xarici siyasət
10 Sentyabr , 2015 19:45
​Moskvada Xəzər dənizinin hüquqi statusuna dair konvensiya müzakirə edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-10-da Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 41-ci iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Toplantıda, həmçinin, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə nümayəndəsi İqor Bratçikov, Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atadjanov iştirak ediblər.

Tədbirə İqor Bratçikov sədrlik edib. İclasda Xəzər dənizində elmi tədqiqatların aparılması, dəniz gəmiçilik rejiminin təkmilləşdirilməsi, çıxış xətlərinin quraşdırılması metodikası və s. məsələrə toxunulub. Ekspertlərin fikir mübadiləsi xüsusi işçi qrupunun növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi