Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada Qələbənin 70-ci ildönümünə həsr olunan paradda təntənəli keçid ediblər.
"Report" xəbər verir ki, Azərbaycan hərbçilərinə mayor Mehdi Mirələm oğlu Mahmudov başçılıq edib. Paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və xanım
Azərbaycan hərbçiləri ilə yanaşı xarici dövlətlərdən Belarus, Qazaxıstan, Qırığızıstan, Hindistan, Monqolustan, Tacikstan, Serbiya, Çin və Ermənistan ordularının təmsilçiləri də qatılıblar.
İlk xəbər 12:02-də yayılıb
Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskvada keçirilən hərbi parad başlayıb. "Report" xəbər verir ki, Azərbaycan prezidenti
Moskvanın Qızıl Meydanında Azərbaycan Silahlı Qüvvələri təmsilçilərinin də qatıladığı paradda 16 minə yaxın hərbiçi iştirak edir. Qələbənin 60-cı ildönümü ilə bağlı keçirilən tədbirdə isə onların sayı 11 min 135, 2014-cü ildə isə 11 min nəfər olub.
Paradda 200-ə yaxın (2010-cu ildə 161 olub) hərbi texnika nümayiş etdirilir.
Rusiya Hərbi Hava Qüvvələri tədbirdə 150 döyüş təyyarəsi və helikopteri təqdim ediblər.
Tədbirə 30-dan çox ölkənin dövlət və hökumət başçıları, təmsilçiləri, 2300 Böyük Vətən müharibəsi veteranı qatılıb.