Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının üçüncü iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının üçüncü iclası keçirilib Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb
Xarici siyasət
23 Aprel , 2015 18:25
Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının üçüncü iclası keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının növbəti üçüncü iclası keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2015-ci ilin aprelin 21-23-də keçirilən səfərdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycanın Rusiya ilə dövlət sərhədlərinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.

İclasda iki ölkə arasında dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olundu və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclasının sonunda yekun protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi