Bakı. 20 may. REPORT.AZ/ Moldovanın Azərbaycandakı səfiri George Luka daha bir vəzifəyə təyinat alıb.
"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, Azərbaycana yeni təyin olunmuş diplomata, həm də ölkəsinin qonşu Gürcüstandakı səfiri vəzifəsi həvalə olunub.
Bu barədə qərar Moldova hökumətinin mayın 18-də keçirilən iclası zamanı baş nazir Pavel Filip tərəfindən qəbul olunub.
Qərara görə, diplomatik nümayəndəliyin iqamətgahı Bakıda yerləşəcək.