Möhsün Pakayin: "Zərifin Bakıya səfərini hər iki tərəf üçün uduşlu diplomatiyanın yeni bir təzahürü hesab etmək olar"

Möhsün Pakayin: "Zərifin Bakıya səfərini hər iki tərəf üçün uduşlu diplomatiyanın yeni bir təzahürü hesab etmək olar" "İran və Azərbaycan regionda mövcud olan siyasi və təhlükəsizlik atmosferində müştərək təhdidlərlə qarşı-qarşıyadırlar"
Xarici siyasət
17 Fevral , 2015 11:37
Möhsün Pakayin: Zərifin Bakıya səfərini hər iki tərəf üçün uduşlu diplomatiyanın yeni bir təzahürü hesab etmək olar

Bakı. 17 fevral. REPORT.AZ/ "İran İslam Respublikasının (İİR) xarici işlər naziri Məhəmməd Zərifin Azərbaycana səfəri 4 illik fasilədən sonra İİR-in XİN başçısının Bakıya ilk səfəri olması baxımından əlamətdardır və onu iki ölkə arasında əlaqələr üçün müsbət bir başlanğıc hesab etmək olar".

"Report"un məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranın XİN başçısı Məhəmməd Cavad Zərifin dünən Azərbaycana səfər etməsi ilə bağlı yaydığı şərhdə bildirib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan bu gün regionda mövcud olan siyasi və təhlükəsizlik atmosferində müştərək təhdidlərlə qarşı-qarşıyadırlar və müştərək imkanlara malikdirlər: "Bunlardan ən müxtəlif mövzuları, o cümlədən Qarabağ münaqişəsini, Xəzər dənizinə aid məsələləri, energetika, tranzit, narkotik maddələr, terrorizm və ekstremizm mövzularını və hətta Yaxın Şərqdə və Suriyadakı vəziyyəti və mühüm beynəlxalq məsələləri göstərmək olar. Azərbaycan regionda ekstremizmin güclənməsindən narahatdır".

Son xəbərlər

Orphus sistemi