​MM deputatı: “Qazaxıstanda səsvermə seçicilərin fəallığı fonunda keçirilir”

​MM deputatı: “Qazaxıstanda səsvermə seçicilərin fəallığı fonunda keçirilir” “Biz ciddi pozuntuları müşahidə etməmişik”
Xarici siyasət
26 Aprel , 2015 15:13
​MM deputatı: “Qazaxıstanda səsvermə seçicilərin fəallığı fonunda keçirilir”

Astana. 26 aprel. REPORT.AZ/ “Qazaxıstanda səsvermə seçicilərin fəallığı fonunda keçirilir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, TürkPA müşahidə missiyası tərkibində olan müşahidəçi Çingiz Qənizadə deyib.

O, Astana şəhərində artıq 6 seçki məntəqəsində olduğunu və ciddi qanun pozuntusuna rast gəlmədiyini bildirib:

“Saat 11-12-yə olan məlumata görə, seçicilərin artıq 40-45%-i səs verib. Məntəqələrdə bizi maraqlandıran bəzi suallara aydınlıq gətirilib, hətta başqa müşahidəçilərlə də söhbət etdik, onlar da pozuntularla bağlı bizə heç bir fakt demədilər. Bəzi seçki məntəqələrində seçicilər adlarını seçki siyahısında tapa bilməyiblər, lakin məntəqələrdə olan xidmətlər onlara bu istiqamətdə operativ köməklik göstəriblər”.

Ç.Qənizadə axşam saatlarında daha bir seçki məntəqəsinə gedəcəklərini və orda səslərin sayılması prosesini müşahidə edəcəklərini əlavə edib.

Son xəbərlər

Orphus sistemi