​Mirhəsən Seyidov: “ABŞ insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməlidir”

​Mirhəsən Seyidov: “ABŞ insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməlidir” "Birləşmiş Ştatlarda media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir"
Xarici siyasət
15 Yanvar , 2015 18:33
​Mirhəsən Seyidov: “ABŞ insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməlidir”

Bakı. 15 yanvar. REPORT.AZ/ “Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan öz daxili siyasətini xalqın maraqları əsasında qurub. Eyni zamanda xarici siyasətdə də bu prinsipləri qoruyub saxlayır. İstənilən dövlət ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman bəyan edən Azərbaycan hökuməti milli maraqlara zidd, ölkəmizin formalaşmış daxili siyasətinə mənfi təsir edə biləcək bütün xarici amillərə qarşı öz sərt mövqeyini ortaya qoyur. Demokratiya, plüralizm və s. kimi şüarlar ABŞ və Qərb üçün konkret spekulyasiya alətidir. ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur”. “Report”un xəbərinə görə, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. .

O deyib ki, ABŞ hüquq mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur: “ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Lakin nədənsə bütün bunları ABŞ görməməzdikdən gəlir. Araşdırsaq görərik ki, özünü “demokratiyanın beşiyi” hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Amerika Birləşmiş Ştatlarında jurnalistlərin informasiya əldə etmələrinə, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ciddi maneələr yaradılır, media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir”.

M.Seyidov bildirib ki, demokratiya adı altında ölkələrə təzyiq göstərməyin, ölkələrin daxili işlərinə qarışmağın başqa bir yolu isə Qərb parlamentlərində təşkil edilən müzakirələrdir: “Məsələn, ABŞ Konqresində bu və ya digər ölkə barəsində dinləmələr təşkil olunur, həmin ölkələrin demokratik inkişafının səviyyəsi "qiymətləndirilir". Bir dövlətin öz qanunverici orqanında digər bir suveren dövlətlə bağlı müzakirə və dinləmələr keçirməsi birmənalı olaraq onun daxili işlərə qarışmaq kimi qiymətləndirilməlidir. Fikrimcə Amerika Birləşmiş Ştatları insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir. ABŞ hər hansısa bir dövlətə demokratiya dərsi keçməkdənsə, ilk növbədə öz cəmiyyətlərində demokratiyanın bərqərar olmasına çalışmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi