​Miqrantlarla bağlı vəziyyət və İranla razılaşma məsələləri Avropa Parlamentində müzakirə olunacaq

​Miqrantlarla bağlı vəziyyət və İranla razılaşma məsələləri Avropa Parlamentində müzakirə olunacaq Bu gün Strasburqda Avropa Parlamentinin sentyabr sessiyası işinə başlayır
Xarici siyasət
7 Sentyabr , 2015 10:24
​Miqrantlarla bağlı vəziyyət və İranla razılaşma məsələləri Avropa Parlamentində müzakirə olunacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avropa Birliyinə qaçqın axını ilə bağlı vəziyyət, "altılıq" və İran arasında əldə olunan razılaşma, eləcə də Yaxın Şərqdəki vəziyyət Strasburqda bu gün işinə başlayan Avropa Parlamentinin sessiyasında əsas mövzular olacaq.

"Report" Avropa Parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 7-dən 10-dək davam edəcək sessiyada Avropa Komissiyasının yeni prezidenti Jan-Clod Yunker Aİ-dəki vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək.

Sessiyanın gedişində deputatlar Aİ-nin diplomatiya rəhbəri Federika Moqerini ilə İranın nüvə proqramı sahəsindəki razılaşma, eləcə də Yaxın Şərqdə və Belarusdakı vəziyyəti müzakirə edəcəklər.  

Son xəbərlər

Orphus sistemi