Milli Məclisin sədri: "Azərbaycan və Böyük Britaniya arasında münasibətlər möhkəm təməllər üzərində qurulub"

Milli Məclisin sədri: "Azərbaycan və Böyük Britaniya arasında münasibətlər möhkəm təməllər üzərində qurulub" baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbi isə Azərbaycandakı sabitliyi yüksək dəyərləndirib
Xarici siyasət
8 Oktyabr , 2014 15:52
Milli Məclisin sədri: Azərbaycan və Böyük Britaniya arasında münasibətlər möhkəm təməllər üzərində qurulub
Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Böyük Britaniyanın Lordlar Palatasının üzvü, baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un məlumatına görə, görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər iştirak ediblər.

O.Əsədov deyib ki, iki ölkə arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. O bildirib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir: “Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkənin parlamentləri bu əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq parlament qurumlarında deputatlarımızın mütəmadi görüşləri zamanı aparılan danışıqlar ümumi məqsədlərə xidmət edir. Biz inanırıq ki, gələcəkdə bu əlaqələrimiz daha da inkişaf edəcək”.

Böyük Britaniya baş nazirinin ticarət üzrə səfiri Lord Riçard Risbi Britaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

İki ölkə arasında iqtisadi və mədəni əlaqələrin dərinləşdiyini deyən Lord Riçard Risbi Azərbaycandakı sabitliyi yüksək dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi