​Milli Məclisin üzvləri Strasburqa gedəcək

​Milli Məclisin üzvləri Strasburqa gedəcək Yanvarın 26-dan 30-dək AŞ PA-ın qış sessiyası keçiriləcək
Xarici siyasət
23 Yanvar , 2015 19:02
​Milli Məclisin üzvləri Strasburqa gedəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası keçiriləcək. Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildirlər.

Sessiyada Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində keçiriləcək iclaslarda deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Son xəbərlər

Orphus sistemi