Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərində iştirak edəcəklər

Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərində iştirak edəcəklər Azərbaycanlı deputatlar iclaslarda gedən müzakirələrdə ölkənin maraqları mövqeyindən təkliflərini bildirəcəklər
Xarici siyasət
9 Fevral , 2015 20:48
Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərində iştirak edəcəklər

Bakı. 9 fevral. REPORT.AZ/ Sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və komitənin sədr müavini Rövşən Rzayev Avronest PA-nın tədbirlərində iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfərə yola düşəcək.

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun Siyasi və İqtisadi komitələrinin üzvü olan Əli Hüseynli Avronest PA-nın Büro iclasında Azərbaycanı təmsil edəcək. Büroda bir sıra təşkilati məsələlərə baxılacaq. Belarus üzrə və Prosedur qaydaları üzrə işçi qrupların 2014-cü ildəki fəaliyyətinə nəzər salınacaq, Daimi komitələrdə hazırlanmış məruzə layihələri ilə, həmçinin Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə ünvanlanacaq məktubla bağlı fikir mübadiləsi aparılacaq.

Prosedur qaydaları üzrə işçi qrupun həmsədri, Sosial komitənin üzvü Rövşən Rzayev isə Avronest PA-nın plenar sessiyası və Daimi komitələri üzrə prosedur qaydalarına təklif edilən əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsində iştirak edəcək.

Azərbaycanlı deputatlar iclaslarda gedən müzakirələrdə ölkənin maraqları mövqeyindən təkliflərini bildirəcəklər.

Səfər fevralın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi