Milli Məclisin sədri Fransaya səfər edəcək

Milli Məclisin sədri Fransaya səfər edəcək Səfər sentyabrın 16-da başa çatacaq
Xarici siyasət
10 Sentyabr , 2016 13:17
Milli Məclisin sədri Fransaya səfər edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.

Bu barədə “Report”a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis Sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi