Milli Məclisin deputatı I Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak edəcək

Milli Məclisin deputatı I Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak edəcək İstanbul şəhərində keçirilən toplantıya dünyanın bir çox ölkələrinin qadın deputatları qatılacaq
Xarici siyasət
22 Noyabr , 2014 16:39
Milli Məclisin deputatı I Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak edəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatı Sədaqət Vəliyeva I Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak etmək üçün noyabrın 23-də Türkiyəyə səfər edəcək.

Bu baradə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib. İstanbul şəhərində keçirilən toplantıya dünyanın bir çox ölkələrinin qadın deputatları, tanınmış gender təşkilatlarının və qadınlarla bağlı qurumların nümayəndələri qatılacaq.

Qeyd edək ki, səfər noyabrın 27-də başa çatır. 

Son xəbərlər

Orphus sistemi