Milli Məclisin deputatı Parlamentlərarası Forumda iştirak edəcək

Milli Məclisin deputatı Parlamentlərarası Forumda iştirak edəcək Foruma siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri də qatılacaqlar
Xarici siyasət
23 Sentyabr , 2016 18:30
Milli Məclisin deputatı Parlamentlərarası Forumda iştirak edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Astana şəhərində sentyabrın 26-27-də Parlamentlərarası Forum keçiriləcək. 

Milli Məclisdən "Report"a verilən məlumata görə, forumda deputat Bəxtiyar Əliyev iştirak edəcək.

İSESKO və YUNESKO tərəfindən birgə təsis edilmiş foruma parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri də qatılacaqlar.

Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputat Bəxtiyar Əliyev müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Son xəbərlər

Orphus sistemi