Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilib

Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilib Səməd Seyidov: "Azərbaycan ABŞ-dan ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir"
Xarici siyasət
14 Fevral , 2015 12:07
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində mövzusunda dinləmələr keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilib.

"Report"un məlumatına görə, dinləmələrdə deputatlar, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların rəhbərləri iştirak ediblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, bu gün Azərbaycan terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərir. Onun sözlərinə görə, bu, münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir: "Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlər ilə yanaşı Azərbaycanın ABŞ-dan gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın Dağlıq Qarabağa olan münasibətdir. ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir. Bu prosesləri bir-birindən ayırmaq düzgün deyil. Vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü altında Minsk qrupunun tərkibinə ABŞ-ın daxil olması ilə bağlı böyük bir fəaliyyət aparılıb ki, Minsk qrupunun daxilində obyektivlik, balanslaşdırılmış, düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin".

S.Səmədov qeyd edib ki, Azərbaycan ABŞ-dan selektiv yanaşmanı aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyətin görülməsini, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir: "Azərbaycan öz münasibətlərində ABŞ-dan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və başqa vacib təşkilatlarda beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini gözləməkdədir".

Son xəbərlər

Orphus sistemi