​Milli Məclis sədrinin müavini: "TANAP və TAP layihələri Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək"

​Milli Məclis sədrinin müavini: "TANAP və TAP layihələri Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək" Valeh Ələsgərov İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb
Xarici siyasət
14 Aprel , 2015 19:24
​Milli Məclis sədrinin müavini: TANAP və TAP layihələri Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb. Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə məlumat verib. Vitse-spiker İsrailli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışıb, ölkənin enerji təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğulayıb. TANAP və TAP layihələrindən bəhs edən parlament sədrinin müavini bildirib ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcək.

İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi barədə fikirlərini bildiriblər, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən, Azərbaycanın uğurlarından, aparılan islahatların gedişatından söhbət açılıb.

Son xəbərlər

Orphus sistemi