Milli Məclis bəzi vizalar üçün tələb olunan dövlət rüsumunu ləğvi ilə bağlı dəyişikliyi qəbul edib

Milli Məclis bəzi vizalar üçün tələb olunan dövlət rüsumunu ləğvi ilə bağlı dəyişikliyi qəbul edib Birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək
Xarici siyasət
14 İyun , 2016 15:04
Milli Məclis bəzi vizalar üçün tələb olunan dövlət rüsumunu ləğvi ilə bağlı dəyişikliyi qəbul edib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Dəyişiklik layihəsinə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.

Qanuna təklif edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi müqavilə ilə təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi