Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqda sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqda sazişi təsdiqləyib Saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb
Xarici siyasət
6 May , 2016 11:31
Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqda sazişi təsdiqləyib

Bakı. 6 may. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, saziş barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri qeyd edib ki, saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb. 

Milli Məclis sazişi təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi