​Milli Məclidə Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

​Milli Məclidə Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib Nizami Cəfərov: "Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir"
Xarici siyasət
4 Fevral , 2015 18:39
​Milli Məclidə Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkədə səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görüşüblər. Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Ukrayna əlaqələrindən danışan komitənin sədri Nizami Cəfərov bildirib ki, iki dövlətin və xalqın tarixi münasibətləri var: "Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir".

Ədəbi əlaqələrin intensivləşdirilməsinin vacibliyinə toxunan komitə sədri son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını söyləyib. N.Cəfərov vaxtilə Azərbaycan ədəbiyyatının Ukraynada öyrənilməsi sahəsində görülən işləri qeyd edib. O bildirib ki, Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir.

Ukrayna Ali Radasının deputatı Maria Matios Azərbaycana səfərdən məmnun qaldıqlarını və burada maraqlı görüşlər keçirdiklərini deyib. Qonaq parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək, Ukrayna Ali Radasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun tərkibində çalışmaq istəyində olduğunu diqqətə çatdırıb.

Görüşdə digər çıxış edənlər ölkələrimizin ədəbiyyat sahəsində əməkdaşlığının genişlənməsi üçün atılan addımlardan danışıblar. Bu yaxınlarda hər iki ölkə yazarlarının əsərlərinin qarşılıqlı nəşr olunub tanıdılması üçün görülən işləri yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi