Məmmədyarov: "Azərbaycan İslam antiterror koalisiyasına qoşulmağı nəzərdən keçirir"

Məmmədyarov: "Azərbaycan İslam antiterror koalisiyasına qoşulmağı nəzərdən keçirir" "Bu koalisiyada iştirak formamızı ətraflı müzakirə etmək lazımdır"
Xarici siyasət
18 Fevral , 2016 13:02
Məmmədyarov: Azərbaycan İslam antiterror koalisiyasına qoşulmağı nəzərdən keçirir

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycan İslam antiterror koalisiyasına qoşulmağı nəzərdən keçirir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir koalisiyaya qoşulmaq üçün yalnız xarici işlər nazirliklərinin deyil, başqa bir neçə nazirliklərin də zəruri olduğunu qeyd edib.

"Ona görə də başqa nazirliklərlə birgə bu koalisiyada iştirak formamızı ətraflı müzakirə etmək lazımdır", - deyə E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi