Meksikanın Azərbaycandakı səfirliyi vizaların verilməsinə başlayır

Meksikanın Azərbaycandakı səfirliyi vizaların verilməsinə başlayır Səfirlikdə Konsulluq xidməti fəaliyyətə başlayacaq
Xarici siyasət
9 Sentyabr , 2015 12:34
Meksikanın Azərbaycandakı səfirliyi vizaların verilməsinə başlayır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Yaxın müddətdə Meksikanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına vizaların verilməsinə başlayacaq.

Bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini "Report" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, səfirlikdə konsulluq xidməti fəaliyyətə başlayacaq. Bir həftə əvvəl səfirliyə müvafiq avadanlıq gətirilib və növbəti həftələrdə Bakıya vizaların verilməsi məsələsi ilə məşğul olacaq texniki əməkdaş gələcək.

Səfir qeyd edib ki, hazırda Meksikanı ziyarət etmək istəyən Azərbaycan vətəndaşları viza üçün Ankara və ya Moskvadakı diplomatik nümayəndəliklərə müraciət edirlər.

Multivizanın qiyməti 36 dollar olacaq.

Son xəbərlər

Orphus sistemi