Meksika səfiri Şamaxı rayonunda olub

Meksika səfiri Şamaxı rayonunda olub Rodriqo Labardini rayonun icra hakimi ilə görüş keçirib
Xarici siyasət
15 Mart , 2016 11:54
Meksika səfiri Şamaxı rayonunda olub

Bakı. 15 mart. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Şamaxı rayonuna səfəri çərçivəsində icra başçısı Asif Ağayevlə görüş keçirib.

Meksika səfirliyindən "Report"a verilən məlumata görə, dostluq və səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektlərindən və bir sıra sahələrdə əməkdaşlığın perspektivlərindən söz açılıb.

İcra Hakimiyyətinin başçısı Şamaxının tarixindən danışıb, rayonda həyata keçirilən son abadlıq və yenidənqurma işləri haqqında məlumat verib.

Səfir Labardini Meksikanın iqtisadiyyatı və mədəniyyəti barədə söz açaraq ölkələrimiz arasında mümkün əməkdaşlığın əsas sahələrini qeyd edib. Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişlənməsi və möhkəmlənməsinə dair öz istəklərini ifadə ediblər.

Səfər çərçivəsində səfir Labardini Şamaxı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Cümə məscidi və Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib.

Son xəbərlər

Orphus sistemi