Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib
Xarici siyasət
10 Mart , 2016 18:15
Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə görüşüb.

"Report" xəbər verir ki, Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söyləyib. Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mahamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə edib. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi