Mehriban Əliyeva Fransa prezidentinə və xalqına başsağlığı verib

Mehriban Əliyeva Fransa prezidentinə və xalqına başsağlığı verib “Terrorun ağır nəticələrini yaşamış Azərbaycan günahsız insanları hədəfə alan bu cinayət hadisələrindən kədərləndiyini və hiddətləndiyini bildirir”
Xarici siyasət
15 İyul , 2016 15:21
Mehriban Əliyeva Fransa prezidentinə və xalqına başsağlığı verib

Bakı. 15 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva iyulun 14-də Nitsa şəhərində törədilən terror aktı ilə əlaqədar Fransa Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığı məktubunda deyilir: “İyulun 14-də Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması ilə əlaqədar Sizə və Fransa xalqına dərin hüznlə başsağlığımı çatdırmaq istəyirəm.

Çox təəssüf ki, amansız terror aktları bu gün dünyada sülh və təhlükəsizliyə ağır zərbə vurur və dinindən, millətindən asılı olmayaraq, minlərlə insanın həyatına son qoyur.

Terrorun ağır nəticələrini yaşamış Azərbaycan günahsız insanları hədəfə alan bu cinayət hadisələrindən kədərləndiyini və hiddətləndiyini bildirir.

Bir daha baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Son xəbərlər

Orphus sistemi