Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İran İslam Respublikasının təhlükəsizlik naziri seyid Mahmud Ələvi ilə görüşüb.
Bu barədə "Report"a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı baş tutub.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.