MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyacaq
Xarici siyasət
6 May , 2016 09:25
MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Bakı. 6 may. REPORT.AZ/ Mayın 9-da Bakıda MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, hərbi attaşe və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə, eləcə də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin məzarına gül dəstəsi qoyacaq.

Bundan əlavə, MDB-yə üzv dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri və hərbi attaşeləri birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq, onun xatirəsini yad edəcək. Eyni zamanda, akademik Zərifə Əliyevanın məzarı önünə də gül dəstələri qoyulacaq.

Həmçinin, MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyacaq.

Son xəbərlər

Orphus sistemi